Ağdərənin Aşağı Oratağ kəndinə qayıdan bir ailənin ilk qonağı Prezident İlham Əliyev olub.
“Report” xəbər verir ki, “Baku TV” həmin ailə haqqında reportaj hazırlayıb.
“Prezidentin evə qonaq gəlməsi hər insana qismət olmur, bu da böyük bir qürur hissidir” , – kənd sakini Nilufər Rüstəmova bildirib.
Nilufər xanım qeyd edib ki, Aşağı Oratağ kəndini tərk edəndə dörd yaşı olub. Bu gün isə ailəsi, uşaqları ilə birgə doğma yurda qayıdıb.
Daha ətraflı:
Ağdərənin Aşağı Oratağ kəndi yenidən dirçəlir – “Baku Tv”nin reportajı
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

