Bakı. Trend:
Yanvarın 15-də Azərbaycan və Ermənistan nümayəndələri tərəfindən
Sədərək-Yerasx dəmir yolu sahəsinin cari vəziyyətinə birgə baxış
keçirilib.
Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, bu baxışın məqsədi müvafiq
infrastrukturun bərpası tədbirlərinin yerinə yetirilməsi məqsədilə
xüsusi dəmir yolu tikintisi texnikasının hərəkəti üçün həmin dəmir
yolu sahəsinin texniki cəhətdən yararlılığının qiymətləndirilməsi
olub.
Tərəflər keçirilən baxış çərçivəsində həmin sahədə dəmir yolu
infrastrukturunun texniki vəziyyətinin qiymətləndirilməsi
məsələləri üzrə fikir mübadiləsi aparıblar.

