“Qarabağ”, “Zirə” və “Sumqayıt” bu gün Türkiyədə yoxlama oyunlarına çıxacaq

Baş səhifə
Qarabağ, Zirə və Sumqayıt bu gün Türkiyədə yoxlama oyunlarına çıxacaq

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Qarabağ”, “Zirə” və “Sumqayıt” komandaları bu gün yoxlama oyunu keçirəcəklər.

“Report”un məlumatına görə, Ağdam təmsilçisi Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə üz-üzə gələcək.

“Zirə” Rumıniyanın “Çiksereda”, “Sumqayıt” isə Serbiyanın OFK (Belqrad) kollektivini sınağa çəkəcək.

Qeyd edək ki, “Sumqayıt” ilk yoxlama matçında Macarıstanın “Pakş” komandasına uduzub – 1:5.