Londonda etirazçılar İran səfirliyi binasının eyvanındakı bayrağı dəyişdiriblər

Baş səhifə

Bakı. Trend:

Diplomatik nümayəndəliyin qarşısında keçirilən etiraz aksiyası
zamanı naməlum şəxs İranın Londondakı səfirliyinin eyvanına çıxaraq
ölkənin bayrağını inqilabdan əvvəlki bayraqla əvəz edib.

Trend-in məlumatına görə, bu barədə “Sky News” televiziya kanalı
xəbər verib.

Qeyd olunub ki, səfirliyin ərazisinə daxil olan bir kişi İran
bayrağını çıxarkən polis əməkdaşları heç bir tədbir
görməyiblər.




Skotland Yard hadisəni təsdiqləyib: “İran səfirliyinin
yaxınlığında keçirilən və bir nəfərin binanın eyvanına çıxması ilə
müşahidə olunan barədə etiraz aksiyası məlumatlıyıq”.

Bildirilib ki, iğtişaşların qarşısını almaq üçün əlavə polis
əməkdaşları cəlb edilib.