Fransız futbolçu Aleksis Verqos Taylandda ölüb

Baş səhifə

Bakı. Trend:

Taylandın Koh Samui adasında şəlalənin yaxınlığında şəkil
çəkdirməyə çalışan fransız futbolçu Aleksis Verqos yıxılaraq
ölüb.

Trend xəbər verir
ki, bu barədə RTL radio şəbəkəsi məlumat yayıb.

Məlumata görə, hadisə Verqosun sevgilisi ilə tətildə olduğu
Namuang 2 Şəlaləsi yaxınlığında baş verib.




Verqos sürüşkən qayaların üzərində sürüşərək ağır baş zədəsi
alıb və vəfat edib. Futbolçunun sevgilisi ağac budağına yapışaraq
sağ qalıb, lakin ağır şokdadır.

Aleksis Verqos 22 yaşında olub.