İrəvanda müxalifətçi bloqer aclıq aksiyasına başlayıb

Baş səhifə
İrəvanda müxalifətçi bloqer aclıq aksiyasına başlayıb

Ermənistanda məhkəmə “İmnemnimi” podkastının müəllifləri olan müxalifətçi bloqerlər Vazgen Saqatelyan və Narek Samsonyanın həbs müddətini üç ay uzadıb.

“Report” xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

Hakim prokurorluğun vəsatətini təmin edib. Prokuror digər səbəblərlə yanaşı, V.Saqatelyanın Rusiya vətəndaşı olduğunu və müvafiq olaraq “Ermənistanı tərk etməyə cəhd edə biləcəyini” bildirmişdi.

Digər bloqer N.Samsonyan məhkəmənin qərarını eşidəndən sonra etiraz əlaməti olaraq müddətsiz aclıq aksiyası elan edib.