Dörd kəndə yola salınan ilk köç karvanı Ağdərə şəhərinə çatıb – YENİLƏNİB

Baş səhifə
Dörd kəndə yola salınan ilk köç karvanı Ağdərə şəhərinə çatıb – YENİLƏNİB

Ağdərənin Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə yola salınan ilk köç karvanı rayon mərkəzinə çatıb.

“Report”un Ağdərəyə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə Aşağı Oratağa 31 (119 nəfər), Heyvalıya 19 (74 nəfər), Çapara 26 (96 nəfər), Çıldıran kəndinə isə 13 ailənin (48 nəfər) qayıdışı təmin edilib.

Bu köç də daxil olmaqla, Ağdərə rayonunda məskunlaşan ailələrin ümumi sayı 714-ə (2663 nəfər) çatıb.

Ağdərənin Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə ilk dəfə 89 ailə (337 nəfər) yola salınıb.

“Report”un Ağdərəyə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, Aşağı Oratağ kəndinə 31 ailə (119 nəfər), Heyvalı kəndinə 19 ailə (74 nəfər), Çapar kəndinə 26 ailə (96 nəfər), Çıldıran kəndinə isə 13 ailə (48 nəfər) köçürülür.

Ümumilikdə, Ağdərə rayonu üzrə məskunlaşan sakinlərin sayı 2663 (714 ailə) nəfər təşkil edir.