
Bakı. Trend:
Rusiya Ermənistandan pomidor, xiyar və çiyələk idxalına
məhdudiyyətlər qoyub.
Trend xəbər verir ki,
Rusiyanın Baytarlıq və Fitosanitariya Nəzarət Federal Xidməti
(“Rosselxoznadzor”) müəyyən edilmiş fitosanitariya pozuntularına
görə bu gündən etibarən Ermənistandan müəyyən növ meyvə-tərəvəz
məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq eyməyə
başlayıb.
Qeyd olunur ki, Ermənistandan Rusiyaya tərəvəz tədarükünə
qoyulan məhdudiyyətlər daxili bazara təsir etməyəcək, çünki onların
Rusiya idxalında payı cüzidir.

