Bakı. Trend:
İngiltərənin şimal-qərbində yerləşən bir xəstəxanada lomla
silahlanmış əfqan əsilli kişinin təcili yardım şöbəsində insanlara
hücum etməsi nəticəsində beş nəfər yaralanıb.
Trend-in
məlumatına görə, bu barədə Mersisayd polisinin yaydığı açıqlamada
bildirilir.
Məlumata görə, hadisə Nyuton-le-Uillouz şəhərində baş verib.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, 20 yaşlı kişi
xəstəxanaya müraciət edib, lakin aqressiv davranışına görə qəbul
edilməyib və ərazini tərk etməsi istənilib. Bundan sonra o, qəbul
masasına və ətrafda olan şəxslərə hücum edib.

