Tim Kukun “Nike” səhmlərini alması qiymət artımına səbəb olub

Baş səhifə

Bakı. Trend:

Apple şirkətinin baş icraçı direktoru Tim Kukun “Nike”
səhmlərindən təxminən 3 milyon dollar dəyərində alması fonunda
şirkətin səhmləri satışdan əvvəlki ticarətdə 2% artıb.

Trend xəbər
verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.




Sənədlərə görə, Kuk 58,97 dollardan 50 min səhm alıb. Hazırda
onun “Nike”da ümumilikdə 105 minə yaxın səhmi var.

Qeyd edək ki, alış, “Nike”-in Çində mənfəət və satış azalması
barədə məlumatından bir neçə gün sonraya təsadüf edir. Şirkətin
səhmləri 18 dekabrdan bəri təxminən 13% ucuzlaşmışdı.