
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp ABŞ-də federal səviyyədə
marixuananın istifadəsinə dair mövcud məhdudiyyətlərin
yumşaldılmasını nəzərdə tutan fərman imzalayıb.
Trend xəbər verir
ki, bu barədə Tramp fərmanı imzalamazdan əvvəl Ağ Evin Oval
kabinetində açıqlama verib.
ABŞ prezidenti bildirib ki, sənəd marixuananın tibbi məqsədlər
üçün istifadəsinin əsaslı hesab edildiyi tənzimlənən maddələrin
birinci kateqoriyasından üçüncü kateqoriyasına keçirilməsini
nəzərdə tutur.
Donald Tramp vurğulayıb ki, bu addım marixuananın hər hansı
formada leqallaşdırılması anlamına gəlmir və onun istirahət
məqsədli narkotik vasitə kimi istifadəsinə icazə vermir.
Qeyd olunur ki, üçüncü kateqoriyaya birinci və ikinci
kateqoriyaya daxil olan maddələrlə müqayisədə daha az fiziki və ya
psixoloji asılılıq yarada bilən preparatlar daxildir.

