“Qarabağ”ın qapıçısı əməliyyat olunub

Baş səhifə
Qarabağın qapıçısı əməliyyat olunub

Azərbaycan millisinin üzvü Şahrudin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub. 31 yaşlı qapıçı “IsarPark Plattling” klinikasında professor, doktor Stefan Fikert tərəfindən sol bud oynağından uğurlu əməliyyat keçirib. Futbolçunun əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.