“Araz-Naxçıvan” klubu Azərbaycan Premyer Liqasında qış fasiləsini Azərbaycanda keçirəcək.
Bunu “Report”a açıqlamasında bölgə təmsilçisinin icraçı direktoru Eldəniz Yusubov deyib.
Klub rəsmisi vaxt azlığı səbəbindən təlim-məşq toplanışı məqsədilə ölkə xaricinə yollanmaq fikrində olmadıqlarını bildirib:
“Gələn il yanvarın 5-də və ya 6-da toplanışa start vermək istəyirik. Yanvarın 23-də Misli Premyer Liqasında oyunumuz olacaq. Xaricə gedib-gəlmək bir neçə gün vaxtımızı alar. Belədə toplanış üçün 13-14 gün vaxt qalır. Bu müddətdə başqa ölkəyə yollanmaq nə qədər doğru olar? Vaxt baxımından bizə sərf etmir”.
Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda turnir cədvəlində 23 xalla 6-cı pillədə qərarlaşıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

