Ağdamda velosipeddən yıxılan 9 yaşlı uşaq ölüb

Baş səhifə

Ağdam. Trend:

Ağdamda velosipeddən yıxılan 9 yaşlı uşaq ölüb.

Trend-in
Qarabağ bürosunun əldə etdiyi məlumata görə, rayonun Alıbəyli kənd
sakini 2016-cı il təvəllüdlü Baxşəliyev Hüseyin Rüfət oğlu
velosipedlə hərəkətdə olarkən idarəetməni itirərək yıxılıb.
Nəticədə H.Baxşəliyevin başı daşa dəyərək hadisə yerində həyatını
itirib.




Faktla bağlı araşdırma başlanıb.