Nigeriyada terrorçular kilsəyə hücum etdi: 15 nəfər oğurlandı

Baş səhifə

Bakı. Trend:

Nigeriyada bir dəstə terrorçu kilsəyə hücum edərək, azı 15
nəfəri naməlum istiqamətdə oğurlayıblar.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə Nigeriyanın mərkəzi hissəsində, Koqi
ştatında yerləşən Ayetoro Kiri yaşayış məntəqəsində baş verib.
Yerli sakinlər təşvişə düşərək evlərini tərk ediblər. Tutulan
girovların dəqiq sayı hələ müəyyən edilməyib.




Hadisə şahidləri qeyd edirlər ki, hücum zamanı bir mülki şəxs
öldürülüb.

Qeyd edilir ki, cinayətkarlar, o cümlədən terrorçular pul almaq
məqsədilə tez-tez insanları girov götürürlər.