Fiziki qüsurlu yeniyetmə əlil arabasından yıxılaraq öldü

Baş səhifə

Naxçıvanda fiziki qüsurlu 10 yaşlı oğlan təkərli oturacaqdan (əlil arabasından) yıxılaraq ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Babək rayonu Şıxmahmud kənd sakini 2016-cı il təvəllüdlü Rəhman Ramin oğlu Əlizadə yaşadığı evin həyətində fiziki qüsurlular üçün arabadan yıxılaraq baş nahiyəsindən xəsarət alıb.

Yeniyetmə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.