
Bakı. Trend:
Bakıda WUF13 Könüllülər Mərkəzinin açılışı olub.
Trend xəbər
verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin
sədri, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının
(WUF13) milli koordinatoru Anar Quliyev özünün “X” hesabında
paylaşım edib.
“Bu gün Beynəlxalq Könüllülər Günündə WUF13 Könüllülər
Mərkəzinin açılışını etdik. Bu, 2026-cı ilin may ayında Bakıda
keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına
hazırlıq yolunda önəmli bir addımdır. Gənclərin böyük potensialı
var: onların enerjisi, təşəbbüskarlığı, öyrənmə həvəsi və yeni
ideyalara açıq olmaları böyük ilham mənbəyidir. Gənclərin
şəhərlərimizin inkişafını formalaşdıran proseslərdə necə fəal və
səmimi iştirak etdiklərini aydın görürük – onlar şəhərsalmanı daha
dinamik, canlı və innovasiyalara açıq edirlər. Qarşıda böyük işlər
var, lakin əminik ki, könüllülərimizin töhfəsi, enerjisi və
innovativ baxışları birlikdə qurduğumuz uğur hekayəsinin bir
hissəsinə çevriləcək”, – deyə paylaşımda qeyd olunub.

