Narkotik satmaq istəyən şəxslər həbs olundu

Baş səhifə

Salyanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinən əvvəllər məhkum olunan Müşfiq Hüseynov və Anar Əsgərov həbs olunublar.

Metbuataz xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, M.Hüseynovdan ümumi çəkisi 7 kq olan psixotrop maddə metamfetamin, narkotik vasitə marixuana, A.Əsgərovdan isə 2 kq tiryək, heroin və narkotiklərin satışında istifadə olunan elektron tərəzi götürülüb.

Hər iki şəxs narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.