Bakı. Trend:
İraqın keçmiş prezidenti Bərham Saleh BMT-nin növbəti Qaçqınlar
üzrə Ali Komissarlığının (UNHCR) rəhbəri ola bilər
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Sənədə görə, BMT-nin baş katibi Antonio Quterreş Salehin Ali
Komissar vəzifəsinə gətirilməsini təklifini dekabrın sonlarına
qədər rəsmi qaydada irəli sürəcək. Hazırkı UNHCR rəhbəri Filippo
Qrandinin mandatı məhz 2025-ci ilin sonunda başa çatır.
Sənədə əsasən Quterreş Salehin BMT-nin qaçqınlar üzrə ali
komissarı vəzifəsinə beşillik müddətə – 1 yanvar 2026-cı ildən 31
dekabr 2030-cu ilədək gətirilməsini istəyir.
BMT mətbuatda yayılan bu xəbəri və təklif olunan təyinatı hələ
ki, rəsmi təsdiqləməyib.
“Hazırda demək istədiyim yalnız odur ki, proses davam edir və
başa çatdıqdan sonra Birləşmiş Millətlər Təşkilatı tərəfindən rəsmi
açıqlama veriləcək”, – deyə təşkilatın Cenevrədəki beynəlxalq
informasiya xidmətlərinin direktoru Alessandra Velluçi keçirdiyi
brifinqdə bildirib.

