Pakistanda Heydər Əliyevin anım günü ilə bağlı görüş keçirilib

Baş səhifə
Pakistanda Heydər Əliyevin anım günü ilə bağlı görüş keçirilib

Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü münasibətilə Azərbaycanın Pakistandakı Səfirliyi İslamabad şəhərində yerləşən Sundas Talassemiya Mərkəzinin tibb heyəti, pasiyentləri, eləcə də onların ailə üzvləri ilə görüş keçirib.

Səfirlikdən “Report”a verilən məlumata görə, görüş zamanı iştirakçılar Ulu Öndər Heydər Əliyevin bütün istiqamətlərdə, o cümlədən uşaqların hüquqlarının qorunması və qayğı ilə əhatə olunması sahəsində təməlini qoyduğu dövlət siyasəti barədə məlumatlandırılıb.

Səfirlik tərəfindən hazırlanmış ərzaq paketləri həmin mərkəzə təqdim edilib.