Elman Abdullayev: UNESCO konvensiyaların icrasında müəyyən siyasi manipulyasiyalara məruz qalır

Baş səhifə
Elman Abdullayev: UNESCO konvensiyaların icrasında müəyyən siyasi manipulyasiyalarla üzləşir

UNESCO siyasiləşmə meyillərinə görə konvensiyaların icrasında müəyyən siyasi manipulyasiyalara məruz qalır.

“Report”un məlumatına görə, bunu Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev “Mədəniyyət və hüquq: müasir çağırışlar” forumunda paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, UNESCO-nun ölkələrə missiya göndərmə məsələsində boşluqlar mövcuddur:

“Bu mənada, UNESCO konvensiyalarında icra mexanizmləri çox zəifdir və bəzən hətta yox dərəcəsindədir. Digər tərəfdən, UNESCO-da siyasiləşmə tendensiyası artmaqdadır. Bu da, şübhəsiz, müəyyən fəsadlar törətməkdədir”.

E.Abdullayev bildirib ki, mədəni irs mövzusu qeyri-siyasi mövzu olmalı və birmənalı şəkild humanitar xarakter daşımalıdır.