Bakı. Trend:
Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri artırılacaq.
Trend-in məlumatına görə, bu
məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də
onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik
edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas
vəzifələri olacaq:
- dövlət, kommersiya və
vergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə
gizli saxlamaq; - Əmək Məcəlləsində müəyyən edilmiş məhdudiyyətlər nəzərə
alınmaqla işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək.
Ezamiyyət işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçinin
müəyyən olunmuş müddətə iş yerindən başqa yerə işəgötürənin
qanunauyğun tapşırığını yerinə yetirmək üçün getməsi hesab
ediləcək.

