“Qarabağ”ın U-19 komandasının “Ayaks”la matçına təyinatlar bəlli olub

Baş səhifə
Qarabağın U-19 komandasının Ayaksla matçına təyinatlar bəlli olub

“Qarabağ”ın UEFA Gənclər Liqasının Liqa mərhələsinin VI turunda Bakıda “Ayaks”a (Niderland) qarşı keçirəcəyi matçın hakim təyinatları bəlli olub.

“Report”un məlumatına görə, görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Marton Ruş olacaq. Gerqo Viq-Tarsonyi və Balaz Şalay köməklik edəcəklər dördüncü hakim funksiyasını Cavid Cəlilov yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma dekabrın 10-da “Azərsun Arena”da, saat 15:00-da start götürəcək.