
Bakı. Trend:
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı
Bratislavada təşkil olunan Avropa çempionatında bu gün ikinci
oyununu keçirib.
Trend xəbər verir ki, F
qrupunda yer alan yığma İtaliya ilə qarşılaşıb.
Görüş komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ardıcıl ikinci matçda da qalib gələn Azərbaycan millisi
pley-offa yüksəlib. Yığma mayın 30-da qrupun son oyununda Fransa
ilə üz-üzə gələcək.

