“Napoli” klubu 38 ildən sonra rekordunu təkrarlayıb

Baş səhifə
Napoli klubu 38 ildən sonra rekordunu təkrarlayıb

“Napoli” klubu 38 ildən sonra rekordunu təkrarlayıb.

“Report” xəbər verir ki, Antonio Kontenin baş məşqçisi olduğu kollektiv 2025-ci ildə İtaliya A Seriyasında keçirdiyi ev matçlarını məğlubiyyətsiz başa vurub.

Komanda son olaraq XIV turda “Yuventus”u 2:1 hesabı ilə üstələyib. Bu, Neapol təmsilçisinin cari ildə doğma meydanda sonuncu matçı olub.

Son olaraq 38 ilə əvvəl, 1987-ci ildə belə hal yaşanıb.

Qeyd edək ki, “Napoli” hazırda 31 xalla İtaliya A Seriyasında liderdir.