Kuril adaları sahillərində 5,2 bal gücündə zəlzələ olub

Baş səhifə
Kuril adaları sahillərində 5,2 bal gücündə zəlzələ olub

Rusiyanın Saxalin vilayətində Kuril adaları sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyası məlumat yayıb.

“Maqnituda: 5.2. Paramuşirdə hiss oluna bilərdi”, – məlumatda deyilir.

Zəlzələnin episentri Severo-Kurilskdən 76 km cənub-şərqdə, ocağı 63 km dərinlikdə yerləşib.