Nigeriya qaçırılan 100 tələbənin azad edilməsini təmin edib

Baş səhifə

Bakı. Trend:

Nigeriya federal hökuməti Niger ştatında terrorçular tərəfindən
qaçırılan 100 tələbənin azad edilməsinə nail olub.

Trend xəbər verir
ki, məlumatı “Channels” telekanalı yayıb.

Xatırladaq ki, noyabrın 20-dən 21-nə keçən gecə Niger ştatının
Papiri şəhərində 300-dən çox məktəbli və müəllim cinayətkarlar
tərəfindən girov götürülərək naməlum yerə aparılıb. Onlardan 50
nəfər qaçmağa nail olub. Hazırda 153 şagird və 12 müəllim hələ də
quldurların əsirliyindədir.




Ölkədə terrorçu qrupların məktəblərə hücumları son günlər artıb.
Noyabrın 25-də hakimiyyət orqanları 17 noyabrda Kebbi ştatının Maqa
qəsəbəsinə hücum zamanı girov götürülmüş 24 məktəbli qızın azad
edilməsinə nail olmuşdu.

Məktəblərə hücumların sayının çoxalması səbəbindən Nigeriya
prezidenti xarici səfərlərini ləğv edib. Ölkənin 36 ştatından 10-da
təhlükəsizlik məqsədilə məktəblər bağlanıb, əlavə hərbi və polis
qüvvələri bölgələrə yerləşdirilib.