Biləsuvarda yol qəzası olub, ölənlər var

Baş səhifə
Biləsuvarda yol qəzası olub, ölənlər var

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Bağbanlar kəndində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan “Lexus” markalı minik avtomobili kanala aşıb. Qəza nəticəsində avtomobildə olan 5 nəfər suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.