Bakı. Trend:
ABŞ Dövlət Departamenti Livana dəyəri 90,5 milyon dollar olan
orta sinif taktiki nəqliyyat vasitələrinin mümkün satışını
təsdiqləyib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinə bağlı
Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi (DSCA), Livana mümkün
hərbi satışla bağlı açıqlama yayıb.
Açıqlamada, dəyəri 90,5 milyon dollar olan orta sinif taktiki
nəqliyyat vasitələri və onlara aid avadanlıqların satışının, Livan
Silahlı Qüvvələrinin mövcud və gələcək təhdidlərlə mübarizə
qabiliyyətini artıracağı, həmçinin terrorla mübarizə tədbirlərini
effektiv şəkildə həyata keçirməsinə imkan verəcəyi bildirilib.
Açıqlamada qeyd edilib ki, sözügedən satış ABŞ-nin xarici
siyasət və milli təhlükəsizlik hədəflərini dəstəkləyir. Satışın
Livanı Yaxın Şərqdə “siyasi sabitlik və iqtisadi inkişaf üçün mühüm
tərəfdaş” kimi daha da gücləndirəcəyi vurğulanıb.

