
Bakı. Trend:
Yuri Nikolayeviç Vernidub “Neftçi” futbol klubu ilə müqavilə
bağlamaq məqsədilə Bakıya gəlib.
Bu barədə Trend-ə “Neftçi”nin mətbuat xidmətində olan mənbə məlumat verib.
59 yaşlı məşqçinin köməkçilərindən birinin oğlu Vitaliy
Vernidubun da komandaya qoşulacağı bildirilir.
Təcrübəli mütəxəssis karyerası ərzində vətənində “Metallurq”,
“Zarya”, “Krivbass”, Belarusda “Şaxtyor” və Moldovada “Şerif”in baş
məşqçisi olub.
Vernidub son üç ili ölkəsində “Krivbass”ın baş məşqçisi kimi
keçirib və karyerasının ən böyük uğurunu 2020-2022-ci illərdə əldə
edib.
O, “Şerif”i Çempionlar Liqasının əsas mərhələsinə çıxarmağı
bacarıb; Moldova komandası həmin vaxt “Real”ı məğlub etməklə bütün
Avropada diqqət mərkəzinə düşüb.

