Nazir: Azərbaycan öz təcrübələrini TDT ölkələri ilə bölüşməyə hazırdır

Baş səhifə
Nazir: Azərbaycan öz təcrübələrini TDT ölkələri ilə bölüşməyə hazırdır

Azərbaycan əmək, məşğulluq və sosial müdafiə sahəsində gördüyü işləri TDT-yə üzv ölkələrlə bölüşməyə hazırdır.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasında deyib.

Nazir vurğulayıb ki, həmçinin, Azərbaycan bu sahə üzrə qarşılıqlı təcrübə mübadiləsinə hazırdır

“Ölkələrimiz arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini, bu sahədə təcrübə mübadiləsinin aparılmasını dövlətlərimiz arasında münasibətlərin daha da dərinləşməsində olduqca mühüm addım hesab edirəm. Azərbaycanın məşğulluq və sosial müdafiə sahəsində qazandığı təcrübəni və əldə etdiyi uğurları təşkilata üzv dövlətlərlə bölüşməkdə, eləcə də, Türk Dövlətləri Təşkilatının üzv dövlətlərinin bu sahədə qazandığı təcrübəni öyrənməyə maraqlı olduğumuzu bildirmək istərdim”.