
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 25 milyard 54,4 milyon manat olub.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,1 % çoxdur.
İndiyə qədər Azərbaycan ərazisində 109 611 ədəd yeni nəsil NKA quraşdırılıb
“Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

