Goranboyda yol qəzasında 2 nəfər xəsarət alıb

Baş səhifə

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan magistralında qeydə alınıb. “VAZ 21016” markalı minik maşını “Mercedes” markalı avtomobilə arxadan çırpılıb.

Qəzada “VAZ”da olan iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.