Paşinyan: Azərbaycanla sülh Ermənistana turist axınının artmasına səbəb olub

Baş səhifə
Paşinyan: Azərbaycanla sülh Ermənistana turist axınının artmasına səbəb olub

Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olmağa maraq göstərib, həmçinin Çinlə əlaqələri dərinləşdirmək istəyir.

“Report”un Ermənistan KİV-inə istinadən məlumatına görə, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanla sülh prosesində irəliləyiş Ermənistanın investisiya cəlbediciliyinin artmasına və turizm sektorunun inkişafına töhfə verib.