ABŞ Çinin Dövlət Təhlükəsizlik Nazirliyinə qarşı sanksiyalar tətbiq etməyəcək

Baş səhifə
ABŞ Çinin Dövlət Təhlükəsizlik Nazirliyinə qarşı sanksiyalar tətbiq etməyəcək

ABŞ əvvəllər əldə edilmiş ticarət razılaşmalarını təhlükə altına qoymamaq üçün Çinin Dövlət Təhlükəsizlik Nazirliyinə qarşı sanksiyalar tətbiq etmək planlarından imtina edib.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən bildirib.

Bundan başqa, Çinə qarşı yeni ixrac nəzarəti tədbirləri də tətbiq edilməyəcək. Rəsmilər iddia edirlər ki, ABŞ Prezidenti Donald Trampın administrasiyasının Çinə münasibətdə siyasətinin məqsədi artıq iki dövlət arasında sabitliyin təmin edilməsinə yönəlib. Eyni zamanda, Tramp 2026-cı ilin aprel ayında Pekinə planlaşdırılan səfərini təhlükə altına qoymaq istəmir.