MİDA-nın növbəti güzəştli mənzil satışı başa çatıb – YENİLƏNİB

Baş səhifə

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Bakıda növbəti güzəştli mənzil satışı sona çatıb.

APA-Economics” xəbər verir ki, satış prosesi 10 dəqiqəyə tamamlanıb.

11.00

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti güzəştli mənzil satışına start verib.

APA-Economics” xəbər verir ki, bu çərçivədə MİDA-nın Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı həyata keçirilir.

Qeyd edək ki, prosesdə ümumilikdə 627 mənzilin satışı nəzərdə tutulub.