Azərbaycanda elmin inkişafına dair strateji plan formalaşdırılmalıdır – AMEA vitse-prezidenti

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda elmin inkişafına dair strateji plan
formalaşdırılmalıdır.

Trend xəbər
verir ki, bunu bu gün bunu bu gün Prezident İlham Əliyevin AMEA-nın
80 illik yubileyindəki çıxışı ilə bağlı “Sosial-siyasi elmlər,
müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm və
universitetlər” mövzusunda keçirilən dəyirmi masada Milli Elmlər
Akademiyasının vitse-prezidenti, akademik Rasim Əliquliyey
çıxışında bildirib.

Onun sözlərinə görə, qarşıda duran əsas problem gənclərin elmə
maraqsız yanaşmasıdır:




“Prezident İlham Əliyev AMEA-dakı çıxışında qeyd etdiyi kimi,
Azərbaycanda elmin inkişafına dair strateji yanaşma
formalaşdırılmalıdır. Elmin müxtəlif sahələri üzrə mütəxəssislər
bir araya gəlməli və müzakirələr aparmalıdır.

Bu gün ölkədə gənclər elmi araşdırmalara və tədqiqatlara kifayət
qədər maraq göstərmirlər. Gənclərin elm sahəsinə maraq
göstərməməsinin səbəbləri ciddi araşdırılmalı və problemlər həll
edilməlidir. Qarşıda duran ən mühüm məsələ budur”.