“Barselona”nın futbolçusu “Atletiko” ilə oyunu buraxacaq

Baş səhifə
Barselonanın futbolçusu Atletiko ilə oyunu buraxacaq

Frenki de Yonqla

İspaniyanın “Barselona” klubunun futbolçusu Frenki de Yonq bu gün “Atletiko”ya qarşı keçirəcəkləri matçda meydana çıxmayacaq.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi La Liqada XIX turun oyununda xəstəlik səbəbindən iştirak etməyəcək.

Qeyd edək ki, qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.