Sumqayıt Nəqliyyat Mübadilə Mərkəzindən keçən marşrutların sayı artırılıb

Baş səhifə

Bakı.Trend:

Sumqayıt Dəmiryol Vağzalı qarşısında yeni yaradılan nəqliyyat
mübadilə mərkəzində fəaliyyət göstərən marşrut xətlərinin sırasına
daha ikisi əlavə olunub. Artıq 7 və 9 nömrəli marşrut xətlərində
istifadə olunan 26 avtobus nəqliyyat mübadilə mərkəzinə hərəkət
edəcək.

Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.




Bildirilib ki, buna qədər nəqliyyat qovşağında 5 marşrut xətti
üzrə (5, 6, 10A, 22, 39 nömrəli) 40 avtobus fəaliyyət göstərirdi.
Şəhərin müxtəlif ərazilərindən nəqliyyat mübadilə mərkəzinə hərəkət
edəcək marşrutların sayının artırılması nəzərdə tutulub.

Nəqliyyat mübadilə mərkəzində avtobusların maneəsiz hərəkətini
təmin etmək məqsədilə xüsusi hərəkət zolaqları və sərnişinlərin
təhlükəsiz minib-düşməsi üçün dayanacaq məntəqələri təşkil edilib.
Ərazidə nişanlanma işləri həyata keçirilib, müvafiq nişanlar
quraşdırılıb. Piyada təhlükəsizliyinin təmin edilməsi məqsədilə
ilkin mərhələdə delinatorlarla təchiz edilən piyada zonaları
salınır.