
Bakı. Trend:
İqtisadiyyat Nazirliyinin Kollegiyası “Neft-qaz sahəsində
fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl
dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri
istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək
mallar barədə məlumat forması”nın təsdiq edilməsi haqqında” 14 mart
2022-ci il tarixli 6 nömrəli qərarında dəyişiklik edib.
Trend xəbər
verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar
imzalayıb.
Qərara əsasən, vergi ödəyiciləri idxal ediləcək mallar barədə
məlumat formasını nazirlik yanında Dövlət Vergi Xidmətinin
informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə
dolduraraq vergi orqanına təqdim edəcək.
Belə ki, qərarın adı genişləndirilərək “Neft-qaz sahəsində
fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl
dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri
istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək
mallar barədə məlumat forması və təqdim edilmə qaydası” edilib.
Həmçinin yeni qərarla vergi ödəyiciləri idxal ediləcək mallar
barədə məlumat formasını nazirlik yanında Dövlət Vergi Xidmətinin
informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə
dolduraraq vergi orqanına təqdim edəcək.
Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, bu Qərarın Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi
məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlərin görülməsini təmin
etsin.

