Gürcüstanda ölkənin NATO-ya qoşulmasına qarşı çıxan partiya yaradılıb

Baş səhifə

Bakı. Trend:

Gürcüstanda Avropa İttifaqı və NATO-ya üzvlüyün əleyhinə olan
“Vahid Neytral Gürcüstan” adlı partiya özünün təsis qurultayını
keçirib.

Trend bu barədə
Gürcüstan KİV-ə istinadən xəbər verir.




“Biz, o faktla barışmalıyıq ki, Avropa xam xəyallarında qalmağa
davam etsək, gec-tez Vaşinqton və Brüssel öz agenturasını yenidən
hakimiyyətə gətirə biləcək. “Vahid Neytral Gürcüstan” partiyası bu
xam xəyalların bitməsi, ölkəmizin xilası və inkişafı üçün nə lazım
olduğunu görməyimiz üçün əlindən gələni edəcək”, – deyə partiyanın
lideri Vato Şakarişvili bildirib.

Onun sözlərinə görə, neytrallıq ölkənin ərazi bütövlüyünün
bərpasına, eləcə də tranzit rolunun güclənməsinə kömək edəcək.
Bundan əlavə, Şakarışvilinin qeyd etdiyinə görə, Gürcüstanın
neytral statusu suveren iqtisadi siyasətin həyata keçirilməsinə
şərait yaradacaq, əks halda ABŞ və Aİ Gürcüstanın kimlərlə ticarət
aparmalı, kimlərlə aparmamalı olduğunu diktə etməyə davam
edəcəklər.