Çinin bu şirkəti işçilərini robotlarla əvəz edəcək

Baş səhifə

Bakı. Trend:

“Redmi” smartfonlarının istehsalçısı kimi məşhurlaşan Çinin
“Xiaomi” korporasiyası öz zavodlarında insanları robotlarla əvəz
edəcək.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Jurnalistlərlə söhbətində Xiaomi-nin rəhbəri Ley Tsyun bildirib
ki, yaxın vaxtlarda süni intellekt (Sİ) sənayeyə çox güclü təsir
göstərəcək. Sahibkar şirkətinin təxminən beş ildən sonra
zavodlarında humanoid robotların tətbiqinə başlayacağını elan
edib.




Tsyun uğurlu avtomatlaşdırma nümunəsi kimi “Xiaomi” elektromobil
zavodunu göstərib, burada kuzov detallarının yoxlanması stasionar
robotlar vasitəsilə həyata keçirilir.

O bildirib ki, süni intellekt əsaslı rentgen sistemi detalların
yoxlanmasını cəmi iki saniyəyə başa vurur və bu, canlı əməkdaşla
müqayisədə on dəfə daha yüksək sürət təmin edir.