PSJ futbolçusunun müqaviləsinin müddətini uzadır, maaşını artırır

Baş səhifə
PSJ futbolçusunun müqaviləsinin müddətini uzadır, maaşını artırır

Fransanın PSJ klubu futbolçusu Dezire Duenin müqaviləsinin müddətini uzatmağı planlaşdırır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, 19 yaşlı vingerin yeni sözləşməsi 2030-cu ilin yayınadək nəzərdə tutulacaq.

Paris təmsilçisi oyunçunun maaşını da əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

Qeyd edək ki, Dezire Due cari ildə “Qızıl oğlan” mükafatının sahibidir.