Oskar Piastri Formula 1 üzrə Qatar Qran Prisində sprint yarışının qalibi olub

Baş səhifə

Bakı. Trend:

“McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Formula
1 üzrə Qətər Qran Prisində sprint yarışının qalibi olub.

Trend-in məlumatına görə, yarış LusaLusail şəhərində
keçirilir.




İkinci yeri “Mercedes” komandasının britaniyalı pilotu Corc
Rassel, üçüncü yeri isə Piastrinin komanda yoldaşı, britaniyalı
Lando Norris tutub.

Daha sonra bu gün təsnifat yarışları baş tutacaq. Əsas yarış
sabah Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.