Tramp Venesuela üzərində hava məkanının tam bağlanacağını bildirib

Baş səhifə
Tramp Venesuela üzərində hava məkanının tam bağlanacağını bildirib

ABŞ Prezidenti Donald Tramp Venesuela üzərində və ətrafında hava məkanının tam bağlanacağını bildirib.

“Report” xəbər verir ki, bu barədə o, “Truth Social”da yazıb.

“Bütün aviaşirkətlərin, pilotların, narkotik tacirlərinin və insan alveriçilərinin diqqətinə çatdırırıq ki, Venesuela üzərində və ətrafında hava məkanı tam bağlanacaq. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik!”, – o yazıb.