Yanvar-oktyabr aylarında Azərbaycandan Tailanda ixrac olunan neftin həcmi məlum olub

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar–oktyabr aylarında Azərbaycandan Tailanda 75,9
milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunan 137,8
min ton həcmdə xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədə
Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu
göstərici dəyər ifadəsində 158,3 milyon dollar və ya 67,6 faiz,
həcm baxımından isə 239,1 min ton və ya 63,4 faiz azdır.




Ötən ilin ilk on ayı ərzində Azərbaycandan Tailanda 376,9 min
ton neft və neft məhsulu 234,2 milyon ABŞ dolları məbləğində ixrac
olunmuşdu.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında
Azərbaycandan ümumilikdə 10,9 milyard dollardan çox dəyərdə 20,8
milyon tona yaxın xam neft və neft məhsulları ixrac olunub.

2024-cü ilin analoji dövrü ilə müqayisədə, bu göstərici dəyər
ifadəsində 1,9 milyard dollar (15 faiz) azalıb, həcm baxımından isə
182,6 min ton (0,9 faiz) artıb.