
Bakı. Trend:
Bu ilin noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və
qeyri-banklar tərəfindən rabitə və nəqliyyat sektoruna qoyulmuş
kreditlərin həcmi 2,124 milyard manata çatıb.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 29 milyon manat və
ya 1,4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 311,2 milyon manat
və ya 17,2% çoxdur.
Qeyd edək ki, ümumilikdə, bu ilin noyabrın 1-nə Azərbaycanda
real sektora kredit qoyuluşu üzrə kredit portfeli 31,714 milyard
manat təşkil edib.
Bu da aylıq müqayisədə 144,3 milyon manat və ya 0,5%, 2024-cü
ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 3,4 milyard manat
və ya 12,1% artım deməkdir.

