Qırğızıstanda bu gün “sükut günüdür”

Baş səhifə

Bişkek. Trend:

Qırğızıstanda bu gün ölkənin 30 noyabrda keçiriləcək
növbədənkənar parlament seçkiləri ilə bağlı “sükut günüdür”.

Trend xəbər verir
ki, ölkənin seçki qanunvericiliyinə görə, səsvermə başlamazdan 24
saat əvvəl seçkiqabağı təşviqat dayandırılır.

Bu gün namizədlərin platformalarının müzakirəsi və seçkiqabağı
materialların yayılması da daxil olmaqla hər hansı təşviqat
tədbirinin keçirilməsi qadağandır.




Seçkiqabağı təşviqatı yalnız rəsmi qeydiyyatdan keçmiş
namizədlər, onların səlahiyyətli nümayəndələri, eləcə də rəsmi
qeydiyyatı olan siyasi partiyalar və partiya blokları apara
bilərlər. Kampaniya 10 oktyabrda rəsmi şəkildə başlamış və 29
noyabr saat 08:00-da başa çatmışdır.

Qeyd edək ki, 30 noyabrda seçki məntəqələri saat 08:00-da
açılacaq və 20:00-dək fəaliyyət göstərəcək. Seçkilərdə ölkənin
qanunvericilik orqanında yerlər uğrunda minlərlə namizəd mübarizə
aparacaq.