Xocavəndin Qırmızı Bazar qəsəbəsinin sakini doğma yurda ailəsi iləbirlikdə qayıdır.
Xocavəndin Qırmızı Bazar qəsəbəsinə qayıdan Gülnaz Məmmədova “Report”un rayona ezam olunan əməkdaşına açıqlamasında qəsəbəni 12 yaşında tərk etdiyini bildirib:
“Xocavənddən çıxanda 12 yaşım vardı. O ağır günləri yaxşı xatırlayıram və heç vaxt unutmayacağam. Atam Qaradağlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. İndi çox sevindiricidir ki, öz torpaqlarımıza qayıtdıq. Uşaqkən tərk etdiyim yurdumuza indi ailəm və 17 yaşlı övladımla qayıdıram”.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

