Köln şəhərində İkinci Dünya müharibəsinə aid partlamamış iki bomba tapılıb

Baş səhifə

Bakı. Trend:

Almaniyanın Köln şəhərinin Qremberqhoven rayonunda aparılan
axtarış işləri zamanı İkinci Dünya müharibəsinə aid iki partlamamış
bomba aşkarlanıb.

Trend xəbər verir
ki, ingilis istehsalı olan bombaların zərərsizləşdirilməsi
məqsədilə təxminən 6 min sakin müvəqqəti evlərindən təxliyə
edilib.




Təhlükəsizlik tədbirləri çərçivəsində ətrafda 500 metrlik xüsusi
zona yaradılıb, önəmli dəmiryolu xətti müvəqqəti bağlanıb və
qatarların hərəkətində dəyişikliklər tətbiq olunub.

Əməliyyat uğurla başa çatdırılıb, partlamamış bombalar
zərərsizləşdirilərək daşınıb. Sakinlər və nəqliyyat xidmətlərinin
fəaliyyəti adi rejimdə bərpa edilib.